Dünya

"Dünyanın topu"nu Messi təqdim edəcək - FOTO

  • 24 Oct 2017
  • 251 baxış

2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının topu artıq seçilib.

XalqTV.com Eurosport-a istinadən bildirir ki, "Adidas" şirkətinin istehsalı olan "Telstar 18" adlı top noyabrın 9-da Moskvadakı "Artplay" dizayn mərkəzində rəsmən təqdim ediləcək.

"Dünyanın topu" adlanan topun təqdimatçısı isə Argentina yığması və İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messi olacaq.

"Telstar 18" topundan Cənubi Koreyada keçirilmiş gənclər arasında futbol üzrə dünya çempionatında istifadə olunub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR