Dünya

"Bir-birilərinə çox yaraşırlar" - FOTO

  • 24 Oct 2017
  • 261 baxış

"Sonuncu dəfə "Kiralık aşk" serialı ilə ekranlarda olan aktyor Barış Arduç və aktrisa Elçin Sanqu yenidən diqqət mərkəzindədirlər.

XalqTV.com  axşam.az-a istinadən xəbər verir ki, ikili bu dəfə rejissoru Şenol Sönməz olan "Mutluluq zamanı" romantik komediya filmində oynayacaq.

Elçinin İnstaqram səhifəsində filmdən afişa yerləşdirməsi böyük marağa səbəb olub.

İzləyicilər Arduç və Sanqu haqda "Bir-birilərinə çox yaraşırlar, mütləq sevgili olmalıdırlar" deyiblər.

Qeyd edək ki, Mert (Barış Arduç) filmdə keçmişi ilə yaşamayan, Ada (Elçin Sanqu) isə hər şeyi əvvəlki yaşamına uyğunlaşdıran gənclərdir. Çəkilişləri İstanbulun fərqli nöqtələrində aparılan ekran əsərinin ilin ən iddialı romantik komediyası olacağı ehtimal olunur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR