idman

2 boksçumuz yarımfinalda

  • 24 Oct 2017
  • 248 baxış

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə start verilib.

Azərbaycan Boks Federasiyasından XalqTV.com-a verilən məlumata görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin ediblər.

Belə ki, 81 kq çəki dərəcəsində gücünü yoxlayan Surət Qarayev 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) döyüşüb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarayev 1/2 finalda rusiyalı Ruslan Kolesnikovla qüvvəsini sınayacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ikinci qarşılaşmasını xeyrinə bitirib. O, 1/4 finalda rumıniyalı Emanuel Mikanı mübarizədən kənarlaşdırıb. Abdullayev ilk döyüşündə olduğu kimi bu dəfə də nokautla qələbə qazanıb. Təmsilçimiz final üçün xorvatiyalı Yosip Biletiçlə üz-üzə gələcək.

Qarayevlə Abdullayevdən fərqli, Nicat Həsənov 1/4 final səddini keçə bilməyib. 69 kq çəki dərəcəsində yarışan həmyerlimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub.

Sabah başa çatacaq 1/4 finalda daha 4 boksçumuz mübarizə aparacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri oktyabrın 27-də olacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-9716-2-bokscumuz-yarimfinalda..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11