idman

"Azarkeşlər futbolçuları yox, məni fitə tutmuşdu"

  • 25 Oct 2017
  • 283 baxış

"Milan"ın baş məşqçisi Vinçenzo Montella İtaliya mətbuatına açıqlama verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis son oyunlarda xal itkisinə baxmayaraq, vəziyyəti nəzarətdə saxladığını bildirib.

"Bir sıra komandaların bizdən yaxşı oynadığını düşünmürəm. İstefa barədə söz-söhbətlər məni narahat etmir. Özümü motivasiyalı hiss edirəm. Nəticələrimiz pis deyil. Bir neçə cəbhədə mübarizə aparmaq asan deyil. Son oyunda komanda ürəklə oynadığını göstərdi. Mən optimistəm. Hər şeyin nəzarət altında olduğunu düşünürəm. Komandanın inkişafı mənim üçün kifayətdir.

Azarkeşlərin fitinə qalanda, "Milan" forması geyəndə sənə gözləntilər də böyük olur. Əminəm ki, futbolçuları yox, məni fitə tutmuşdular. Azarkeşlərin xoşuna gəlməmişdi ki, meydana 2 hücumçu buraxmamışdım".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-9730-azarkeshler-futbolculari-yox--meni-fite-tutmushdu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11