idman
Yığmamız Ukraynanı məğlub etdi
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatlarının seçmə mərhələləsi çərçivəsində keçirilən matçda Ukraynanı məğlub ediblər.
XalqTV.com xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda Albaniyada keçirilən turnirdə IV qrupda yer alır.
Rəqibini 2 topla məğlub etməyi bacaran qızlarımızdan fərqlənənlər Mərvə Özdəmir və Vüsalə Seyfədinova olub.
Qeyd edək ki, seçmə mərhələdə öz qrupunda ilk iki yeri tutan komandalar, həmçinin ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibi elit-raunda vəsiqə qazanacaq.
Azərbaycan - Ukrayna - 2:0
Qol: Merve Özdəmir, 40, Vüsalə Seyfətdinova, 90+3
Baş hakim: Hannelore Onsea (Belçika)
Tirana. Kamza stadionu
1 | >Azərbaycan U19 | 1 | 3 | 1 | 0 | 0 | 2 | 0 | 2 |
2 | >Albaniya U19 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
3 | İspaniya>U19 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
4 | Ukrayna> U19 | 1 | 0 | 0 | 0 | 1 | 0 | 2 | -2 |
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR