Dünya

Yessentukidə silahlı insident baş verib, ölən və yaralananlar var

  • 25 Oct 2017
  • 272 baxış

Rusiyanın Yessentuki şəhərində silahlı insident baş verib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, naməlum silahlıların polis əməkdaşlarına atəş açması nəticəsində 2 asayiş keşikçisi yaralanıb.

Məlumata əsasən, silahlılar sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıblar. Baş verən atışmada silahlılardan biri məhv edilib, digəri hadisə yerindən qaçıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
 
Hazırda hadisə yerindən qaçan şəxsin tapılması və saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR