Siyasət

Səfir: "2017-2018-ci illər Gürcüstan, Türkiyə və Azərbaycan üçün tarixi illərdir"

  • 25 Oct 2017
  • 345 baxış

2017-2018-ci illər regionda əhəmiyyətli iqtisadi layihələrin həyata keçməsi ilə tarixə düşür.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Gürcüstandaki safiri Zəki Ləvənt Gümrükçü deyib.

Səfir bunu deyərkən Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qafqaz boru kəməri layihəsinin genişlnəməsini nəzərdə tutub.

Səfir deyib: "Oktyabın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatar hərəkət edəcək, mütəmadi yük və sərnişin əlaqəsi isə 2018-ci ildə başlayacaq. Bundan başqa gələn ilin 1-ci yarısında, mart və ya arpeldə Türkiyə yeni layihə çərçivəsində Gürcüstan vasitəsi ilə Azərbaycan qazı alacaq. İlk mərhələdə ildə 6 milyard kubmetr təbii qaz alınması mümkün olacaq. Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin tikintisi başa çatdıqadann sonra isə bu həcm 16 milyard kubmetrə çatacaq".

Səfirin sözlərinə görə, illər sonra tarixçilər bu iqtisadi layihənin əhəmiyyətindən danışacaq və 2017-2018-ci illəri tarixi illər kimi xatırlayacaq.

Daha sonra səfir əlavə edib: "90-cı illərdə bu layihələr başlayarkən çoxları buna inanmırdı, lakin biz Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərini tikdik. İndi bizim dostluğumuz və strateji tərəfdaşlığımız belə bir səviyyəyə qalxır ki, yalnız bizə deyil bütün dünyaya xeyir gətirəcək".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-9766-sefir--2017-2018-ci-iller-gurcustan--turkiye-ve-azerbaycan-ucun-tarixi-illerdir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11