SAĞLAMLIQ

Müalicə vasitəsi - KƏLƏM YARPAĞI

  • 26 Oct 2017
  • 354 baxış

Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər.

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, kələm yarpağı belə müalicəvi vasitələrdən biridir.

Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər.

Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu "kompres"lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.
Oynaq ağrıları zamanı da kələm kompresindən istifadə olunurdu. Kələm yarpağı bir qədər əzilirdi, üzərinə bal çəkilirdi və ağrıyan yerə qoyulurdu. Belə kompres həm iltihabı, həm də ağrını azaldır. Kompresi yatmazdan əvvəl qoymaq yaxşıdır.

Bal çəkilmiş kələm yarpağı öskürək və bronxit zamanı yatmazdan əvvəl döş qəfəsinə qoyulur.

Qadınlarda menstruasiyadan əvvəl süd vəzilərində ağrı və bərkimə zamanı da kələm kompresi istifadə olunurdu. Həmçinin belə kompres mastit zamanı süd verən anaların döşlərinə qoyulurdu.

Çiban, podaqra zamanı da kələm yarpağı istifadə olunurdu.

Kələm yarpağı gözəllik üçün də geniş istifadə olunurdu. Müxtəlif vitamin və minerallarla zəngin olan kələm yarpağı üz dərisinə maska şəklində qoyulurdu. (İstifadə etdikdən əvvəl yarpaq əzilir ki, şirəsi çıxsın.)  Belə təbii kosmetik vasitə dərini çox yaxşı nəmləndirir, ağardır, cavanlaşdırır, daha dartılmış və elastik edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO