idman

14 yaşında ilk dəfə meydana çıxdı - Qol vurdu - VİDEO

  • 26 Oct 2017
  • 259 baxış

Rumıniyanın "Stüya" klubunda çıxış edən 14 yaşlı Yanis Stoyk ilk matçında qol vutub.

XalqTV.com xəbər verir ki, 60-cı dəqiqədə meydana çıxan gənc futbolçu rəqib komandanın qapısına yol tapmağı bacarıb.

6:1 qalıb gəldikləri oyundan sonra Stoyk sadəcə bu oyun haqqında kitab yaza biləcəyini deyib:

"Mənim atam mənə deyirdi ki, "Stüya" formasını daşımaq çox məsuliyyətli işdir. Oynayacağımı artıq bazar günündən bilirdim və bu mənə güvən verirdi. Olanlar inanılmazdır. Ancaq bu matç haqqında kitab yaza bilərəm."

Qeyd edək ki, digər Rumıniya çempionu "Viitorule"də də 2 nəfər 14 yaşlı oyunçu oynayırdı. Onlar "Reşiçu"nu 4:2 hesabı ilə məglub edib növbəti tura adlayıblar.

Adil Nəcəfov
XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR