idman

Moskvanın erməni klubunda məşqçi istefası

  • 26 Oct 2017
  • 219 baxış

Rusiyanın "Ararat" futbol komandasında cari mövsümdə ikinci dəfə baş məşqçi istefası reallaşıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Aleksandr Qriqoryan öz istəyi ilə postunu tərk edib. 50 yaşlı mütəxəssis bu addımı inkişaf etmək və irəli getmək üçün atdığını söyləyib. 

Aleksandr Qriqoryan "Ararat"ın baş məşqçi postunda iyunun 30-da ailə vəziyyəti ilə əlaqədar istefa verən Sergey Bulatovu əvəzləmişdi. Qriqoryan "Anji"ni tərk etdikdən sonra bu vəzifəyə təyin olunmuşdu. II Liqanın Mərkəz zonasında çıxış edən Moskva klubu hazırda 14 oyundan 38 xal toplamaqla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR