idman

"Qarabağ"ın hücumçusu DÇ-nın seçmə oyunlarına dəvət aldı

  • 26 Oct 2017
  • 235 baxış

"Qarabağ" klubunun futbolçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki,  baş məşqçi Stüart Bakster 27 yaşlı hücumçunu Seneqalla oyunlara çağırıb.

26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb.

Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 4 görüşdən sonra Seneqal 8 xalla D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verde 5 oyundan 6 xal toplayıb. CAR isə 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası hər iki görüşdə qələbə qazansa, qrup lideri kimi 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 

Qeyd edək ki, "Qarabağ"ın hücumçusu uzun fasilədən sonra ilk dəfə oktyabrın 7-də Burkina Fasoya qarşı keçirdikləri DÇ-2018-in seçmə qrup matçına çağırılıb. Həmin görüşdə Dino Ndlovu 87-ci dəqiqədə meydana daxil olub. Görüş CAR millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.  

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR