SAĞLAMLIQ

Qorxulu xəstəliyi erkən aşkarlaya biləcək texnologiya hazırlanıb

  • 27 Oct 2017
  • 315 baxış

Koreyalı alimlər Alsheymer xəstəliyinin erkən təyin edilməsində istifadə ediləcək bir biomarker əldə ediblər.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Koreya Respublikasının Elm, İnformasiya və Kommunikasiya Nazirliyinin, Seul Milli Universitetinin alimləri qan nümunələrində "beta-amiloid" adlı proteini təsbit edə bilən bir dəst hazırlayıblar. "Beta-amiloid" zülalının beyindəki mövcudluğu Alsheymerin ilkin əlamətlərindən biri hesab olunur.

Tədqiqatçılar hazırladıqları biomarkerin 90 faiz düzgün diaqnoz qoyduğunu deyiblər. Alimlər texnologiyanın əvvəlkilərdən fərqli olaraq xəstəliyin görünən əlaməti olmadan onu tanıya biləcəyini bildiriblər.

Qeyd edək ki, Alsheymer xəstəliyinin indiyədək effektiv diaqnostika və müalicəsi yoxdur.

Görünən əlamətləri xəstəliyin başlanğıcından sonrakı 10 il ərzində üzə çıxdığından Alsheymerə diaqnoz qoyulsa da, gec olduğu üçün müalicələr nəticə vermir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO