idman
Klopp səhvləri izah etdi
İngiltərə Premyer Liqasının 9-cu turunda "Tottenhem"ə 1:4 hesabıyla məğlubiyyətdən sonra "Liverpul"un baş məşqçisi Yurqen Klopp komanda ilə bir araya gəlib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, toplantıda alman mütəxəssis buraxılan qolların videosunu göstərərək müdafiədə edilən səhvləri detallı formada aydınlaşdırıb. Klopp bütün komandanın müdafiə olunarkən yol verdiyi səhvləri bir-bir izah edib.
Futbolçuların reaksiyasından razı qalan mütəxəssis oktyabrın 25-i də onlara istirahət verib. Premyer Liqanın 10-cu turunda "qırmızılar" evdə "Haddersfild Taun"u qəbul edəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR