İqtisadiyyat

Rusiya dünyanın ən güclü raketini sınadı - VİDEO - FOTO

  • 27 Oct 2017
  • 337 baxış

Rusiyanın Müdafiə Nazirliyi dünən strateji nüvə qüvvələrinin idarə olunması ilə bağlı təlimlər keçirib.

XalqTV.com nazirliyin saytına istinadən bildirir ki, təlimlər əsnasında sualtı qayıqlardan 3, Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan isə bir qitələrarası ballistik raket buraxılıb.

Raketlər NATO-nun "Satan 2" adlandırdığı RS28 "Sarmat" idilər.

3 pilləli, toplam olaraq 150 kiloton güclü 15 nüvə başlığı daşıya bilər RS28-in uzunluğu 30 metr, diametri 3 metr, çəkisi 5 tondur. 16 min kilometr qət edən raket ABŞ-ın Texas ştatını və ya Britaniyanın yarısını məhv etmək iqtidarındadır.

"Sarmat" hazırda dünyanın ən güclü raketi sayılır.

/>

Sakit Okean Donanmasının atom sualtı qayığı Oxot dənizindən Arxangelsk vilayətindəki Çij poliqonuna 2 ballistik raket buraxıb.

Plesetsk kosmodromundan isə Kamçatka yarımadasındakı Klyuçi qəsəbəsinin yaxınlığındakı Kura poliqonuna "Topol" qitələrarası ballistik raketi burazılıb.

Daha bir raket Barents dənizindəki atom sualtı qayığından buraxılıb.

/>

Bundan başqa, Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarələri Kamçatka, Tuva və Qazaxıstandakı poliqonlarda yerləşən hədəflərə qanadlı raketlər buraxıblar.

Təlimlərə cəlb olunmuş Tu-160", Tu-95MS və Tu-22M3 təyyarələri Ukrainka, Engels və Şaykovka aerodromlarından səmaya qalxaraq Kamçatkadakı Kura, Komidəki Pemboy, Qazaxıstandakı Terekta poliqonlarındakı hədəfləri vurublar.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR