İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda...

  • 28 Oct 2017
  • 372 baxış

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 26-da 59,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,63 dollar/barel çoxdur. XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 26-da 58,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 26-da 56,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 26-da 58,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR