Siyasət

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Azərbaycana gələcək

  • 28 Oct 2017
  • 328 baxış

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Azərbaycana gələcək.

XalqTV.com bildirir ki, bu barədə  Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, B.Albayrak oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.

Nazirlikdən bildirilib ki, Şuranın toplantısı çərçivəsində Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının möhkəmləndirilməsi barədə müzakirələrin aparılacağı gözlənilir.

Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-9908-turkiyenin-energetika-ve-tebii-ehtiyatlar-naziri-azerbaycana-gelecek..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11